"Zirə" 4 min manat cərimə olundu

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “qartallar”ın futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Oyunçuya 4 oyunluq cəza,  klub isə 3200 manat cərimə olunub.

Bundan əlavə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right