Qurban Qurbanov həmyerlimiz haqda açıqlama verib

Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı fubolçu Ayaz Quliyev Azərbaycan millisində oynamağa hazır olduğunu deyib.

Newsport.az xəbər verir ki, millinin baş məşqçisi Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov bu məsələ ilə bağlı jurnalistlərə açıqlama veriblər:

Qurban Qurbanov: “Hamısına diqqət ayrılır. Ayaz da onların sırasındadı. Nə vaxt görsək ki, milli üçün faydası olacaq, bundan sonra danışıqlara başlayacağıq. Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik”.

Elxan Məmmədov: “Biz xaricdəki azərbaycanlı futbolçularla danışırıq. İki il əvvəl Ayazla görüşmüşdüm. Son qərar onun yox, Qurban Qurbanovun olacaq”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right