"Zirə" klubu yoldaşlıq oyunu keçirib.
Newsport.az xəbər verir ki, klubun 12 yaşlıları İranın "Hafez" klubu ilə qarşılaşıb və görüş "qartallar"ın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, oyundan sonra Şiraz təmsilçisinin akademiyasının direktoru Ahmad Rezayi ilə "Zirə"nin akademiyasının koordinatoru Adil Şükürov arasında görüş baş tutub və əməkdaşlıq haqqında razılaşma əldə olunub. Rezayi “Zirə”ni apreldə Şiraz şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət edib.


