Debütant "Səbail"də ayrılıq baş tutub.
Newsport.az xəbər verir ki, klubun yarımmüdafiəçisi Amit Quluzadə qarşılıqlı razılıq əsasında komanda ilə yollarını ayırıb. Bu haqda məlumatı komandanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsümün yayından "aslanlar"ın şərəfini qoruyurdu.