"Sumqayıt" Futbol Klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.
Newsport.az xəbər verir ki, onlar son olaraq "Keşlə"də çıxış etmiş Elnur Abdullayevi heyətinə cəlb edib. 31 yaşlı futbolçu klub ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Elnur karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.