"Kəpəz" daha ili legionerinə qapını göstərdi

Ba Aladji Mansurla yolları ayıran "Kəpəz" daha iki legionerinə qapını göstərib.

Newsport.az xəbər verir ki, Gəncə klubu yay transfer dönəmində heyətinə cəlb etdiyi Samba Diallo və Viktor Oseqeyllə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub. Adları çəkilən oyunçular komandanın baş məşqçisi Yunis Hüseynovun planlarına daxil deyil.

Qeyd edək ki, "Kəpəz" mövsümün ilk yarısından sonra Premyer Liqanın turnir cədvəlində 7 xalla sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right