"Səbail" klubu qış transfer pəncərəsi üçün hazırlıqları davam etdirir.
Newsport.az xəbər verir ki, əsas 11-likdə yer ala bilməyən futbolçularla yollarını ayıran qəsəbə təmsilçiləri, heyətinə yeni oyunçular cəlb etmək üçün hərəkətə keçib. Belə ki, komanda artıq "Neftçi"nin iki futbolçusu Fəhmin Muradbəyli və Rahil Məmmədovla razılığa gəlib.