Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. İlin son qarşılaşmasında "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Oyun "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib - 2:0. Beləliklə, son üç mövsümdə "qızıl dubl" edən "Qarabağ" gözlənilmədən kubokla vidalaşıb.
Newsport.az-ın əldə etdiyi özəl məlumata görə, "Sumqayıt"ın futbolçuları bu qələbənin qarşılığında klub rəhbərliyi tərəfindən mükafatlandırılıb. Belə ki, bu oyunda 90 dəqiqə meydanda olan hər bir futbolçuya 1200 manat, sonradan meydana daxil olan futbolçuya bu məbləğin 75 faizi, ehtiyyat skamyasında olan futbolçular 50 faiz, ilk "18-lik"də yer almayan futbolçular isə bu məbləğin 25 faizi miqdarında mükafat qazanıb.