Sumqayıtda sensasiya: "Qarabağ" kubokla vidalaşdı Yenilənib

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
 

Newsport.az-ın məlumatına görə, keçiriləcək iki oyunla bütün yarımfinalçılar bəllli olacaq.

Günün ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edəcək. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cütün favoriti hesab olunur.

Digər görüşdə isə "Qarabağ" ilk görüşdə 2:1 hesabı ilə udduğu "Sumqayıt"ın qonağı olacaq. Son üç mövsümdə kubokun qalibi olan Ağdam təmsilçisi cütün aşkar favoritidir. 

Qeyd edək ki, yarımfinalın iki iştirakçısı bəllidir. Bunlar "Keşlə" və "Neftçi"dir.
 


15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ” 2-4

Qollar: Papoviçi 16, Filip Ozobiç 22, Ruslan Qurbanov 44, Famussa Kone 56, Baqoli Dabo 74, Elman Taqayev 77,
İlk oyun - 0:1
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ” 2-0

Qollar: Kamal Mirzəyev 22, Amil Yunanov 90,
İlk oyun - 1:2
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right