Əmrah Çəlikəl: "Bu yazılanlar ancaq ürək bulandırır”

Mətbuatda yayılan xəbərlərə inansaq, “Qarabağ” rəhbərliyi klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu işdən uzaqlaşdıracaq. Dail mətbuatla sıx əməkdaşlıqda maraqlı olan, jurnalistlərlə isti münasibət qurmaqda çətinlik çəkməyən bir həmkar kimi tanınan İbrahimov nə üçün “Qarabağ”dan gedir? Səbəb kimi isə “Qarabağ”ın Fransa səfəri zamanı guya İbrahimov bir neçə jurnalistin işini buraraq səfər getməsinə əngəl olması göstərilir.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl Stadium.Az saytına açıqlamasında buna aydınlıq gətirdi: “Bunları kim yazır, və ya yazdırır anlamaq olmur. Mən düşünürəm ki, bu yazılanlar kiminsə məkirli işidir. “Qarabağ” bir ailədir, burada hamı işini sevərək canla-başla yerinə yetirir. Təbi ki, çatışmazlıqlar ola bilər, amma bu kimisə maraqlandırmamalıdır. Nurlanda bu ailə üçün Asif Əskərov, Əmrah Çəlikəl və başqa işçilərimiz kimi əlindən gələni edir. Sizində saytda işçiləriniz var və onun işindən narazı ola bilərsiz, bunu yazmalıdı başqa saytlar? Təbii ki, xeyir. Nurlan haqda mətbuatda yazılanlar cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Nurlan sabah “Qarabağ”dan gedə bilər, amma buna səbəb indi yazılanlar olmayacaq. Nurlanın hansısa jurnalistlə münasibətlərinin yaxşı və ya pis olması onun bizdəki işinə əngəl ola bilməz. Deyim ki, bu yazılanlar ancaq ürək bulandırır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right