Qurban Qurbanovun ilk köməkçisi bəlli oldu

Azərbaycan millisində daha bir təyinat rəsmiləşib.

 

Newsport.az xəbər verir ki, yığmamızın sabiq qolkiperi Dmitri Kramarenkoya Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi, həmçinin bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərin kordinatoru vəzifəsi həvalə olunub.

 

Xatırladaq ki, Kramarenko məşqçi kimi daha öncə “Qəbələ” və “Neftçi”də də çalışıb. Onun son iş yeri Moskva ÇSKA-sı olub. Sabiq qolkiper Moskva klubunun akademiyasında fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right