Ukraynanın "Çermoretes" klubu "Qəbələ"yə baş məşqçi təyin olunacağı gözlənilən Roman Qriqorçukla yolları ayırıb.
Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.
Qeyd edək ki, R.Qriqorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” komandalarını çalışdırıb.
Əlavə edək ki, R.Qriqorçukun "Qəbələ" ilə 1.5 il müddətinə müqavilə imzalayacağı gözlənilir.