AFFA-nın bu gün keçirilən iclasında Azərbaycan birinci divizionu və əvəzedici heyətlərin çempionatının oyunları da diqqətdən kənarda qalmayıb.
İK adıçəkilən çempionatların son turunda baş verənlərlə bağlı müvafiq qərarlar verib.
Əvəzedici heyətlərin XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Bakı” klubunun 47 nömrəli futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 84-cü dəqiqəsində “Bakı” klubunun 15 nömrəli futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1000 manat cərimələnib.
Əvəzedici heyətlərin XVI turunun “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 500 manat cəza kəsilib.
I Divizionun XV turunun “Göyəzən” – “Bakılı” matçının 83-cü dəqiqəsində “Göyəzən” klubunun 4 nömrəli futbolçusu Sənan Yusifov və “Bakılı” klubunun 21 nömrəli futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanıb, klublar 400 manat cərimə olunub.
I Divizionun XV turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Oyunun 82-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 44 nömrəli futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat cəza tətbiq olunub.
Oyun bitdikdən sonra “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.