"Bakı"nın bir futbolçusu 1, digəri 3 oyunluq diskvalifikasiya edildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Bakı” - “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Bakı”nın futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

“Qəbələ” - “Qarabağ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right