AFFA "Bakı" və "Qəbələ"ni cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəri iclası keçirilib.

İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar verib.

Azərbaycan Premyer Liqasının XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right