Emil Balayevin "Ayntraxt"la müqaviləsinin müddəti açıqlandı

Almaniyanın "Ayntraxt" klubu yeni transferi Emil Balayevlə imzaladığı müqavilənin müddətini açıqlayıb.

Newsport.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Frankfurt təmsilçisi azərbaycanlı qolkiperlə 1,5 illiyinə müqavilə imzalayıb.

Lakin gənc qapıçı özünü doğruldacağı təqdirdə E.Balayevlə müqavilənin müddəti daha 2 illiyinə uzadılacaq. 

Qeyd edək ki, noyabrın 26-dan dekabrın 12-nə kimi “Ayntraxt”ın düşərgəsində baxışda olan 20 yaşlı qapıçı məşqçilər korpusu tərəfindən bəyənilib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right