"Qəbələ"də növbəti məşqçi fiaskosu: Qriqorçuk "Çernomorets"dən qovulmayıb

"Çernomorets" rəhbərliyi komandanın məşqçilər korpusunun, eləcə də baş məşqçi Roman Qriqorçukun istefa verdiyi barədə xəbərləri təkzib edib. 

Newsport.az-ın məlumatına görə, klubun baş direktoru Sergey Kernetskoqo mütəxəssisin istirahətdə olduğunu bildirib:

"Məşqçilər korpusumuz istirahətdədir. Onların istefa verməsi, qovulması barədə xəbərləri kimin yaymasından məlumatımız yoxdur. Mənim isə cavabım belədir: məşqçilərimiz hazırda istirahət edirlər".

Komandanın qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko da yerli mətbuata açıqlamasında istefa vermələrini təkzib edib: "Hə, hə, mən də oxumuşam ki, istefa vermişəm (gülür). Amma əslində biz istirahətə yollanmışıq. Bu xəbərlər məni də təəccübləndirdi. Yəqin ki, belə xəbərləri az oxumaq lazımdır".

Qeyd edək ki, hazırda Azərbaycanda olan Qriqorçuk "Qəbələ" ilə danışıqlar aparır. O, hətta klubun təlim-məşq bazası ilə tanış olub, ötən gün bu komandanın "Qarabağ"la oyununu izləyib.

Ancaq "Qəbələ" rəhbərliyi bu dəfə işini ehtiyatlı tutmalıdı. Çünki mövsümün əvvəlində İvaylo Petevlə də ilkin razılıq əldə olunmuşdu. Ancaq son anda bolqarıstanlı mütəxəssis AEL-lə müqaviləsini uzadaraq, əyalət təmsilçisini pis vəziyyətdə qoymuşdu.( Stadium.Az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right