"Kəpəz"də ciddi itki yaşanıb

“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb.

 

Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

 

Qeyd edək ki, Viktor Oseqeyl Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right