"Sumqayıt" Azərbaycan Premyer Liqasının 17-ci turunda "Kapital Bank Arena"da "Qəbələ"ni qonaq edəcək.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 18-də keçiriləcək qarşılaşma İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. "Sumqayıt" - "Qəbələ" görüşü saat 15:00-da başlayacaq. Qeyd edək ki, "Sumqayıt" və "Qəbələ"nin əvəzedici komandaları dekabrın 17-də saat 13:00-da "Kapital Bank Arena"da üz-üzə gələcək.