Robert Prosineçkinin dönəmində milli komandadan ayağı kəsilən Rauf Əliyev üçün yenidən işıq ucu görünməyə başlayır.Hər açıqlamasında milli komandada oynamaq istəyini gizlətməyən gənc oyunçunun istəyi reallaşmaq üzrədi.
Newsport.az saytının məlumatına görə, hazırda Albaniya yüksək liqasında “Kukesi” klubunun uğurları üçün çalışan Əliyev milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun planlarına daxildir.
Qeyd edək ki, Qurbanov hazırda bütün yerli futbolçulara milli komandanın potensial üzvləri kimi baxır. Və bizdə olan məlumata görə, Əliyev Qurban Qurbanovun Antalyada gerçəkləşdirəcəyi ilk toplanışa dəvət alacaq.