Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun son oyunları keçirilib.
Newsport.az xəbər verir ki, günün ilk qarşılaşması Sumqayıtda baş tutub. Gənclər şəhərinin təmsilçiləri evdə debütant səbaili qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçsədə, qapılarda qol olmayıb. (0-0)
Qeyd edək ki, bu nəticədən sonra "Sumqayıt" 17 xalla 4-cü, "Səbail" isə 13 xalla 6-cı pillədə qərarlaşır.