Gözəl və Çəlikəl meydana çıxdı, 12 qol vuruldu

Bakıda "Bayıl Arena”da Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Bakcell" şirkətinin dəstəyi ilə ''Britaniya komandası'' və ''Qarabağ'' futbol klubu arasında qeyri-rəsmi futbol oyunu keçirilib. 
Newsport.az-ın məlumatına görə, Britaniya komandasını səfir İrfan Siddiq və "Mançester Yunayted” Yay Məktəbinin məzunları təmsil edib.
 
"Qarabağ"ın heyətində isə vitse-prezident Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl, klubun 13 yaşlardan ibarət komandası və akademiyanın direktoru Con van Leon meydana çıxıb.
 
20 dəqiqəlik 2 hissədən ibarət olan matçın sonunda qalib tərəf olmayıb - 6:6 (Report.az).




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right