Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Newsport.az saytına müsahibəsi:
- İzlədiyiniz oyun barədə nə deyə bilərsiz?
- Bu gün elə də yaxşı oyun izləmədik. Məncə maraqsız qarşılaşma oldu. Daha doğrusu oyunda həyacan yox idi. “Xəzər Lənkəran” baxdığım daha əvvəlki iki qarşılaşmada aha yaxşı təsir bağışlamışdı, nəinki indi. “Bakı” isə gənc futbolçularla onlardan bir xal aldı.
- “Xəzər Lənkəran”ın “Bakı”nı uda bilməməsi sizi təəccübləndirdi?
- Bəli, düzün deyim ki, “Xəzər Lənkəran”ın “Bakı”nı uda bilməməsi məni təəccübləndirdi. “Bakı” daha yaxşı mübarizə aparıb “Xəzər Lənkəran”a hücum qurmağa imkan vermədi. Məncə bu nəticədən hər iki komanda razı qalmalıdır.
- Sizin “Bakı”dan milli komandaya namizədləriniz var?
- “Bakı”da gənc futbolçu çoxdur, amma konkret namizəd barədə danışmaq istəmirəm. Bizim hələ vaxtımız var, qarşıda bir neçə oyuna da baxacam. Buna görə də, hələ namizədlər barədə danışmaq istəmirəm.
- Cənab Prosineçki, sizin U-21-ə baş məşqçi namizədiniz var?
- U-21-in baş məşqçisinin kim olacağı mənim üçün çox vacibdir. Bu barədə söhbətlər aparacağıq, amma konkret namizədim yoxdu. AFFA rəhbərliyinə heç kimi təklif etməmişəm.
- Bəs U-21-in baş məşqçisinin legioner olmasın istəyirsiz, yoxsa yerli?
- U-21-ə namizədlər var, bu barədə gələn həftə sizə ətraflı məlumat verə bilərəm.
Mərdan Həsənli