“Bakı”da bu dərəcədə problem olduğunu bilmirdim” – Jaba

“Bu gün yaxşı oynadıq. Bizim komandada futbolçuların əksəriyyəti gəncdir, güclü legionerlerimiz yoxdur”.

Newsport.az-ın məlumatına görə,bu sözləri “Bakı”nın yarımmüdafiəçisi Jaba Azərbaycan Premyer Liqasının “Xəzər Lənkəran”a qarşı keçirilən bugünkü oyunundan (0:0) sonra deyib.

Rəqibin güclü komanda olduğunu deyən braziliyalı legioner “Bakı”da çətinliklərin mövcudluğuna diqqət çəkib: “Bizdə pul yox, problem isə çoxdur. Problemlər oyunumuza təsir edir. Matçın gedişatında futbolçular arasında problem, anlaşılmazlıq yaranır. Məni “Bakı”ya Hafiz Məmmədov dəvət etdi. Bura qayıdanda klubda bu dərəcədə problem olduğunu bilmirdim. Bundan sonra necə olacaq, bilmirik. Amma mən bu klubda özümü xoşbəxt hiss edirəm. Hamımız Hafiz Məmmədovun cavabını gozləyirik. İnaniram ki, hər şey qaydasına düçəcək və “Bakı” əvvəlki vəziyyətinə qayıdacaq”

.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right