Yunis Hüseynov "Kəpəz"i ilk məşqinə çıxardı

Azərbaycan Premyer Liqasının 13-cü turunda Gəncədə “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bir günlük istirahətdən sonra məşqlərə başlayıb.

Newsport.az xəbər verir ki, komandanın bu günə olan məşqi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. “Sarı-göylər”i məşqə yeni baş məşqçi Yunis Hüseynov çıxarıb.

Təxminən saatyarım davam edən hazırlıq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra futbolçular toplu məşqlər və taktiki-texniki tapşırıqlar üzərində çalışıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right