"Altı aya “Ayntraxt”da əsas heyətə düşə bilərəm" - Emil Balayev

“Neftçi” rəhbərliyinə minnətdarlıq edirəm. Onlar bu keçidin gerçəkləşməsi üçün nə lazımdısa, etdilər. Bütün sənədləri vaxtında Almaniyaya göndərdilər”. Bu sözləri Almaniyanın “Ayntraxt” klubuna transfer Emil Balayev deyib.

Newsport.az-ın məlumatına görəbundesliqa klubuna keçidi ilə bağlı bu gün mətbuat konfransı keçirən gənc qapıçı Almaniyaya böyük ümidlərlə yollandığını bildirib: “Bilirəm ki, üzərimə böyük yük düşür. Almaniyada mən təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəyəm. Özümə güvənirəm. İnanıram ki, etimadı doğruldacağam”.

“Əsas heyətə düşmək üçün nə qədər vaxta ehtiyac duyursan” sualını Balayev belə cavablandırıb: “Orada sağlam rəqabətdi. Alman məktəbinin güclü olduğu hər kəsə bəllidir. “Ayntraxt”da da güclü qapıçılar var. Amma özümə inanıram. Bacardığımın nəinki yüz faizini, hətta daha artığını göstərməliyəm. Əsas heyətə dərhal düşməyim çətindir. Bunu özüm də bilirəm. Bir qədər vaxta ehtiyac var. Yaya kimi “bişməliyəm”. İnanıram ki, 6 aya əsas heyət üzvünə çevrilə biləcəyəm” (futbolxeber.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right