Aqil Məmmədov: “Komandaların ustalıq səviyyəsi eyni deyil"

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi”yə qarşı keçirdikləri bugünkü matçı (2:3) şərh edib.

Newsport.az-ın məlumatına görə, o deyib ki, oyunun çətin olacağını əvvəlcədən biliblər.

“Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq.  Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, uğursuzluq davam edəcək” – deyə A.Məmmədov bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right