“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt”a qarşı keçirdikləri bugünkü matçı (3:2) şərh edib.
Newsport.az-ın məlumatına görə, o xatırladıb ki, komandası son dörd turda
qələbə qazana bilmirdi.
“Meydana qələbə üçün çıxmışdıq. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Əvəzində qapımızda qol gördük. “Sumqayıt” yaxşı təsir bağışladı. Buna baxmayaraq, toparlanıb, qələbəni əldə etdik. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Xarakter nümayiş etdirib qələbə qazandıq”.