Bu da “Qəbələ”nin yeni baş məşqçisi!

“Qəbələ”nin yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib. 

Newsport.az-ın 
məlumatına görə, komandaya ukraynalı Roman Qrikorçukun rəhbərlik edəcəyi gözlənilir. Onunla bu mövsümün sonunadək müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Qriqorçuk bu gün Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Qarabağ” oyununu stadiondan izləyib.

Matçdan sonra “Qəbələ”nin vitse-prezident Fariz Nəcəfov da bildirib ki, Qrikorçukla danışıqlar davam edir: “Hələlik razılaşdırılmamış bəzi məsələlər qalıb. Amma yəqin ki, komandaya o rəhbərlik edəcək. Qrikorçuk artıq “Qəbələ”nin şəraiti ilə tanış olub və hər şeydən razı qalıb”.

Qeyd edək ki, R.Qrikorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”,   “Ventspils”, Ukraynanın “Metellurq” komandalarını çalışdırıb. Onun son komandası Odessanın “Çernomorets” klubu olub.(Fanat.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right