Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının 16-cı turunun bu gün “Bakı”ya qarşı keçirdikləri oyunu (0:0) şərh edib.
Newsport.az-ın verdiyi məlumata görə, matçdan sonra təşkil olunan mətbuat konfransında o deyib ki, "Bakı” aqressiv şəkildə və müdafiədə oynamağı xoşlayan bir komandadır.
“Belə komandalara qarşı oynamaq çox çətindir. Futbolçularım daha ciddi olmalıdır. Yüksək yerlər uğrunda oynayırıqsa, rəqibdən asılı olmayaraq, qol vurmalıyıq”.