Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun daha üç oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turun açılış oyununda "Xəzər Lənkəran" çempionatın autsayderi "Bakı"nın qonağı olacaq. Lənkəran klubu bu oyunda qələbə qazansa, ən azı dördüncü sıradakı yerin möhkəmləndirmiş olacaq.
Günün ikinci oyununda isə turun qarşılaşması baş tutacaq. "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Ağdam klubu Avropa Liqasından əlini üzdüyü üçün bütün gücünü ölkdə daxili yarışlara yönəldəcək. Bu səbəbdən də, qəbələliləri ağır oyun gözləyir.
Günün və turun sonuncu oyununda isə "Sumqayıt" "Neftçi"ylə Bakıda qarşılaşacaq. İkinci sıradakı "İnter" xal itirdiyi üçün, "Neftçi" 3 xal qazansa, turnir cədvəlində "bankirlər"in yerin almış olacaq.
Premyer Liqası
XVI tur
14 dekabr (bazar)
14:00. “Bakı” – “Xəzər Lənkəran” 0:0
I dövrədəki oyun – 0:4
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bakı"-nın təlim-məşq bazasının stadionu
15:00. “Qəbələ” – “Qarabağ” 2:1
Qol: Namiq Ələsgərov, 22, Bəxtiyar Soltanov, 46
I dövrədəki oyun – 0:2
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov
Qəbələ şəhər stadionu
17:00. “Neftçi” – “Sumqayıt” 3-2
Qollar: Orxan Əliyev, 34,64 , Ruslan Qurbanov, 51,72,Araz Abdullayev 54,
I dövrədəki oyun – 1:0
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”