Güloğlan Cabbarovdan Araz Abdullayevə dəstək!

“Neftçi” klubunun keçmiş idman direktoru Güloğlan Cabbarov son zamanlar klub ətrafında gəzən söz söhbətlərə toxunub.

Newsport.az-ın məlumatına görə, Cabbarov bu aralar “Neftçi” futbolçularının intizamsızlığını klub rəhbərliyiylə əlaqələndirib:  

“Neftçi”nin son oyunlar oynadığı futbol nədənsə ürəkaçan deyil. Ancaq klubun və futbolçularında üzərinə çox getməyi düzgün hesab etmirəm. İndi də düşüblər Araz Abdullayevin üstünə ki, intizamsızlıq edir. Mən isə belə düşünmürəm. Arazı tanıdığım üçün ona “tilpaş” deyilməsi düzgün deyil. Sadəcə səhlənkardı, yuxuya gedir, vaxtında oyana bilmir. Buna görə də, “Neftçi”də olan zaman klubun inzibatçısına daim deyirdim ki, Arazı tez-tez yoxlasınlar. Arazla yanaşı Elvin Yunuszadəylə Cavid İmamverdiyevidə dailm kontrol etdirirdim. Bu kimi hallar hər yerdə olur və hər klubda baş verir. Klub ailə kimidi, bir və mehriban olmalısan! Yuxuya gedənib yubananı da ola bilər, yatıb qalanı da. Buna görə də, vaxtına hər şeyə nəzarət etmək lazımdır ki, futbolçu nə yatıb qalsın, nə də məşqə geciksin. Belə düşünürəm ki, bu kimi hallar mətbuata çıxmamalıdır. Klubun öz nizam-intizam kodeksi var və bu da o çərçivədə həll olunmalıdır. Yoxsa iki gündən bir çıxıb mətbuatda "o futbolçu belə etdi, bu belə dedi" deməklə həm futbolçunun, həm də klubun imicinə zərər gəlir. Bunun üçün də, belə addımlarda bir dəfə ölçüb, min dəfə biçmək lazımdı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right