"Zirə" yeni təyinatını açıqlayıb

“Zirə”nin yeni mətbuat katibi müəyyənləşib. 

Newsport.az
n klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, adıçəkilən vəzifəni Elmar Abdullazadə icra edəcək. O, bu postda milli komandalara mətbuat katibi təyin edilən Elman Himayətoğlunu əvəzləyəcək. 

Qeyd edək ki, 26 yaşlı Abdullazadə mediada fəaliyyətinə Futbolinfo.az saytında başlayıb. Son iş yeri Futbol11.az saytı olan gənc həmkarımız gələn ilin yanvarın 1-dən yeni işinə başlayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right