"Neftçi”nin futbolçusu Elnur Cəfərov azərkeşi təhqir etdiyi üçün baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.
Newsport.az xəbər verir ki, futbolçu həmçinin klubun kodeksinə uyğun olaraq cərimə olunub.
Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.