"Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı, İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) tərəfdaşlığı ilə mini-futbol turniri start götürüb.
Newsport.az xəbər verir ki, yarışda Ulduz şokolad fabriki, Araz supermarketlər və Oba marketlər şəbəkəsindən ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparır. Reqlamentə əsasən, turnir olimpiya sistemi üzrə keçirilir və məğub olan komanda çempionatı tərk edir. Artıq turnirdə 1-ci mərhələnin oyunları da başa çatıb. Belə ki, "Tess", "Maddi Vəsaitlər", "Terminalist" (İnventarizasiya), "Anbar Ofis", "Anbar Logistika", "Xonça", "Hasilat" və "Ulduz" rəqiblər üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, turnirdə ilk 3 yeri qazanan komandalar kubok, medal, pul mükafatı və fəxri fərmanla təltif olunacaq. Bundan başqa, çempionatın bombardiri, ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi və fair-play oyunçusu nominasiyası üzrə də mükafatlar təqdim olunacaq.
Xatırladaq ki, futbol turniri şirkətdaxili komunikasiyasının daha da inkişaf etdirilməsi, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması məqsədilə keçirilir.



