"İnter"in məşqçisi: "İkinci hissədə biz bunu bacardıq"

Topaz Premyer Liqasının XVI turuna Zaqatalada keçirilən “Simurq” – “İnter” oyunu ilə start verildi. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşdı.

Newsport.az-ın məlumatına görə, “İnter”in məşqçisi Roman Cəfərov matç haqqında bunları deyib:

“Oyun maraqlı keçdi. Qarşılaşma azarkeşləri gərginlikdə saxladı. Mübarizə var idi. Topu daha çox özümüzdə saxlasaq da, birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə biz bunu bacardıq. Son dəqiqədə vurulan qola görə futbolçularımızı təbrik edirəm. Kaxaber Sxadadze  texniki zonada olmasa da,  matçdan öncə futbolçulara öz tapşırıqlarını verir".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right