Tahir Gözəl UEFA rəsmisi ilə görüşəcək

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə keçirilən oyunun son dəqiqələrində baş hakim Miroslav Zelinkanın qeydə almadığı qolla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinə müraciət etməsi ilə bağlı xəbər vermişdik.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək.

Klub rəsmisi UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqlarını qorumaq üçün görüşlər keçirəcək. Artıq UEFA Avropa Liqası yarışının direktoru Giorgi Marketti ilə görüş günü təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right