Prosineçki iki oyunu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" və “Neftçi” – “Sumqayıt” oyununu izləyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionunda keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" oyunu saat 14:00-da,  8-ci km qəsəbə stadionunda baş tutacaq “Neftçi” – “Sumqayıt” oyunu isə saat 17:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right