Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. 

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 11-ci turun Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” görüşü 13 min 300 tamaşaçı toplayıb.

Bu da arxada qalan 11 turun 43 qarşılaşması arasında ən yüksək göstəricidir. Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi matçadək ən çox tamaşaçı toplayan qarşılaşma da Gəncədə keçirilmişdi. “Kəpəz”in “Neftçi” ilə 9-cu turdakı görüşünü 8 min azarkeş izləmişdi.

12 min 550 tamaşaçının seyr etdiyi IX turun rekordu da yenilənib. Bu dəfə turun görüşlərini 17 min 400 tamaşaçı izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right