Millimizin oyunu üçün qazaxıstanlı hakimlər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyunun hakimləri müəyyənləşib.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Daniyar Saxi olacaq. Ona Alibek Aubakirov və Yevgeni Belski kömək edəcək. Bulat Sarıyev isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right