"Neftçi"nin futbolçusu: "Belə adamlar təxribatla məşğuldurlar"

"Neftçi"nin futbolçusu Kiril Petrov Premyer Liqanın XI turunda "Zirə"yə 0:1 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Biz 90 dəqiqə hücum etdik. "Zirə" bu gün anti-futbol oynadı. Bir səgv oyunun taleyini həll etdi və uduzduq.

- Qolda daha çox kimin səhvi var idi?

- Meydanın ərkəzində topu itirdik. Qolda mənim də səhvim var idim. Düzgün ölçü götürmədim. "Zirə"nin hücumçusu topu daha tez ələ keçirdi.

- Qoldan sona komanda daxilində psixoloji gərginlik var idi...

- Bir bir ailəyik. Komanda daxilində belə hallar olur. Bunu unuduruq.

- 4 qələbədən sonra 3 ardıcıl gərgin oyun "Neftçi"ni gözləyirdi. Artıq bir oyunda yenildiniz...

- Gələn oyunlarda yaxşı oynamağa çalışacağıq. Bu gün biz oyuna görə uduzmadıq. Yaxşı oyun sərgilədik. 1 səhv bizə baha başa gəldi.

- Matçın gedişində "Zirə"nin futbolçusu Milan Duriçlə mübahisə etdin...

- Mən ondan təmiz şəkildə topu aldım. Ancaq rəqib oyunçular qaydanı pozduğumu əsas gətirərək, hakimə etiraz etdilər. Mən də onun dedim ki, niyə qışqırısan? Belə bir vəziyyət yarandı.

- Oyundan sonra Duriçin əlini sıxmadın...

- Futbolçuyuq, hamımız eyni işi görürük. Belə bir adamlar isə təxribatla məşğuldurlar. Ona görə də əlini sıxmaq istmədim.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right