Azərbaycan Premyer Liqasının 11-ci turunun sonuncu oyunu Zirədə keçirilib.
Newsdport.az xəbər verir ki, Zirənin eyni adlı kulubu Zirə İdman Kompleksinin stadionunda “Neftçi”ni qəbul edib. “Ağ qaralar” səfərə tarixi sindromu qırmaq üçün yollansalar da, ancaq “Zirə” futbolçuları buna imkan verməyib.Belə ki, “Neftçi”nin 4 oyunluq yenilməzlik seriyası Zirədə qırılıb. Matçın 30-cu dəqiqəsində “Zirə”nin qanalı hücumçusu Riçard Qadze qonağları meydanın mərkəzinə dəvət edib. Qarşılaşmanın birinci hissəsi bu hesabla yekunlaşıb.
Tamaşaçılar ikinci hissədə də maraqlı oyunun şahidi olsalar da, hesab dəyişməyib. (1-0)
Qeyd edək ki, “Zirə” bu qələbə sayəsində xal ehtiyyatını 24-ə çatddıraraq lider “Qarabağ”dan bir xal geridə qalaraq ikinci pillədə qərarlaşır. “Neftçi” isə 13 xalla 5-cidir.