Bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunun son oyunlarından biri Gəncə şəhər stadionunda baş tutub.
Newsport.az xəbər verir ki, lider “Qarabağ” səfərdə Gəncənin “Kəpəz” kulubunun qonağı olub. Matça turnir cədvəlindəki vəziyyətlərini azacıqda olsa yaxşılaşdırmaq üçün çıxan ev sahibləri, güclü rəqiblə mübarizədə buna nail ola bilməyiblər.
Belə ki, oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alan qonağlar matçın 41-ci dəqiqəsində Elvin Yuniszadə ilə hesabı açıblar, vurulan qoldan özlərini itirən ev sahibləri ozlərinə gəlməmiş, iki dəqiqə sonra qapılarında ikinci qolu görüblər, qonağların ispaniyalı yarımmüdafiyəçisi Markos Madera “köhlənatlar”ın üstünlüyünü iki topa çatdırıb. Bu oyun da vurulan son qol olub. (0-2)
Qeyd edək ki, qələbə sayəsində turnir cədvəlində ki, vəziyyətini daha da yaxşılaşdıran “Qarabağ”, xallarının sayını 25-ə çatdıraraq ən yaxın izləyicisi “Qəbələ”ni 3 xal qabağlayır. “Kəpəz” isə 7 xalla sonuncu yerdə qərarlaşır.