Azərbaycan Premyer Liqasında nadir rast gəlinən hadisə Video

Azərbaycan Premyer Liqasının 11-ci turunun hazırda davam edən “Kəpəz” – “Qarabağ” matçında nadir hadisə yaşanıb.

Newsport.az xəbər verir ki, meydança sahiblərinin üzvü Viktor Oseqeyl ona qarşı hərəkəti penalti kimi dəyərləndirən baş hakim Rəhim Həsənovla razılaşmayıb. Viktor Oseqeyli və köməkçisi Yaşar Abbasovun fikrini əsas götürən baş hakim ilkin qərarını ləğv edib. Baş hakim bu tip səlahiyyətlərə malikdir. Əgər oyun bərpa olunmayıbsa, hakim öz qərarını dəyişdirmək hüququna malikdir.

Qeyd edək ki, lehinə verilən qərarın futbolçu tərəfindən qəbul olunamaması və qərarın dəyişdirilməsi futbolda nadir rast gəlinən hadisədir və böyük “Fair play” kimi qəbul olunur.

 

 






Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right