"Neftçi" "Zirə" sindromunu qıra biləcəkmi ?

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

Newsport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma reallaşacaq.

Çempionatın lideri “Qarabağ” Gəncədə “Kəpəz”in qonağı olacaq. Ağdam təmsilçisi zirvədəki mövqeyini möhkəmləndirmək üçün qalib gəlməlidi. Mövsümə uğursuz start verən “sarı-göylər” isə uğursuz seriyaya son qoymaq niyyətindədi.

Həftənin son qarşılaşması Zirədə keçiriləcək. “Neftçi” tarixi ərzində çempionat oyunlarında məğlub edə bilmədiyi “Zirə”nin qonağı olacaq. Ardıcıl 4 oyunda qələbə qazanan Tərlan Əhmədovun komandası seriyasını davam etdirməli, həm də “Zirə” sindromuna son qoymalıdı. “Zirə” isə ikinci pillədəki yeri qorumaq üçün ardıcıl 5 dəfə məğlub etdiyini rəqibini xalsız qoymalıdı.

Topaz Premyer Liqası

XI tur

5 noyabr (bazar)

15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu

17:00. “Zirə” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right