Prosineçkinin yeni iş yeri məlum olub

Azərbaycan milllisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşmək üzrədi.

Newsport.az xəbər verir ki, dekabr ayının əvvəlində AFFA ilə müqaviləsi başa çatacaq xorvatiyalı mütəxəssis çox böyük ehtimalla  Sloveniya millisi ilə çalışacaq. 

48 yaşlı mütəxəssis məsələ ilə bağlı ölkəsinin mətbuatına da açıqlama verib: “Qızım Bakıda təhsil aldığı üçün hələlik Azəbaycandayam. Dekabr ayının 15-ə qədər bu ölkədə olacağıq. İndi Azərbaycan millisi ilə sənədləşmə işlərini yekunlaşdırmaq üzrəyik. Mən hazırda işsiz deyiləm (gülür)”.

Prsosineçki Sloveniya millisinin baş məşqçisi təyin olunacağı ilə bağlı suala belə cavab verib: “Bəli, doğrudu. Önümüzdəki həftə danışıqlara start verəcəyik. Daha sonra Sloveniya Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq”.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizdə çalışırdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right