"Sumqayıt" - "Keşlə" 3:1 GENİŞ İCMAL

Bu gün Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilb. 

Newsport.az xəbər verir ki, turun açılış matçında "Sumqayıt" doğma meydanda "Keşlə"ni qəbul edib və meydanı qalib tərk edib. "Gənclər şəhəri" təmsilçiləri yarımsaatın tamamında qonaqların braziliyalı müdafiəçisi Denis Silva Kruzun avtoqolu sayəsində üstünlüyü ələ alıblar. Lakin hissənin tamamında qonaqlar status-kvonu bərpa ediblər. Nizami Hacıyev fərqlənib. 

Fasilədən sonra meydan sahibləri diqtə edən tərəf olublar. Qarşılaşmanın 52-ci dəqiqəsində Amil Yunanov qonaqları meydanın mərkəzinə dəvət edib. Bununla da "Sumqayıt"ın futbolçusu bombardirlər siyahısında 5 qolla birinci olan "Qarabağ"ın oyunçusu Mahir Mədətova çatıb. Futbolsevərlər matçın 71-ci dəqiqəsində daha bir qol görüblər. Qonaqlar bu dəfə də avtoqolla azarkeşlərini məyus ediblər. "Keşlə"nin rumıniyalı futbolçusu Adrian Skarlatake arzu olunmaz hala düşüb. "Sumqayıt" - "Keşlə" 3:1. 

Qələbə sayəsində "Sumqayıt" xal ehtiyatını 16-a çatdırıb və 1 pillə irəliləyərək 4-cü yeri tutub. Paytaxt klubu - "Keşlə" isə 8 xalla hələ də 7-ci sıradadır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right