"Sehrli çubuqdan istifadə etməməyə çalışırıq" - Ramiz Məmmədov

“Oyun hesabla üst-üstə düşmədi”.

Newsport.az saytının məlumatına görə, bu sözlər “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədova məxsusdur.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”a məğlub (3:1) olub.

Oyundan sonra komandanın yeni baş məşqçisi fikirlərini bildirib: “Bu məğlubiyyət məni çox narahat edir. Uşaqlar keçən oyunlara nisbətən, bu gün yaxşı oynadılar. Bəzi futbolçuların səhvi oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım”.

- “Keşlə”dəki problemlər nədən ibarətdir?

- Bu gün şablon sözləri çox işlədirik. Bütün gücümüzü ortaya qoymağa, sehrli çubuqdan istifadə etməməyə çalışırıq. Ehtiyat qüvvəmiz az olsa da, əvəzedici komandadan olan futbolçulara güvənirik. Bu heyətlə özümüzə gələ bilərik.

- Qış fasiləsinə qədər komandanızın qarşısına hansı məqsəd qoyulub?

- Qarşıma konkret məqsəd qoyulmayıb. Bacardığımızı ortaya qoymağa, bütün oyunlarda qələbə qazanmağa köklənmişik. İnamsızlığı geridə qoysaq, mənə elə gəlir ki, hər şey qaydasına düşəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right