"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Newsport.az-a müsahibə verib:
- Matç haqda nə deyəcəksən?
- Evdə oynayırdıq deyə, qalib gəlmək istəyirdik. Məncə, çox yaxşı oynadıq. Layiqli də qələbə qazandıq.
- Hesabın belə olacağını necə, təxmin edirdiz?
- Dediyim kimi qələbə qazanmaq istəyirdik. Çünki qələbədən başqa yolumuz yox idi. Keçən tur da uduzmuşduq deyə, bizi yalnız qələbə qane edirdi. Matça ciddi hazırlaşdıq, çıxdıq oynadıq. Oyundan öncə heç nə bilmək olmur. Matçın gedişi göstərdi ki, qalib gəıə bilərik.
- 10 günlük fasilə yaranacaq. Bu sizin üçün üstünlükdü, yoxsa necə?
- Fasilədən səmərəli istifadə etmək lazımdı. Çünki "Neftçi" ilə oyunumuz olacaq. Ciddi hazırlaşaraq qalib gəlmək istəyirik.
- "Neftçi" dörd oyundu ki, qalib gəlir. Bu haqda fikrin necədi?
- Tərlan müəllim gələndən sonra "Neftçi"də xeyli irəliləyiş var. Biz də istəyirik ki, oyundan-oyuna oyunumuzu yaxşılaşdıraq. Bir oyun oynayıb dayanmayaq. "Neftçi" matçına yaxşı hazırlaşacağıq. Rəqib son dövrlərdə yaxşı oynayır, vəziyyətləri də yaxşıdı. Yalnız qələbə istəyirik.
Mərdan Həsənov/ Qəbələ