Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qəbələ" "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra qonaqların kapitanı Eltun Yaqublu Newsport.az-ın suallarını cavablandırıb. Yaqublu ilk olaraq qarşılaşma haqda təəssüratlarını bölüşüb:
- Məğlubiyyətə səbəb nə oldu?
- Ümumi götürsək, "Qəbələ"nin çox qol epizodu olmadı. 3 aşkar qol imkanları oldu. 3-də də maksumum yararlandılar. Rəqibin elə çox qol vəziyyəti olmadı. Deyərdim ki, öz səhvlərimizədn uduzduq. Biri orda 1 metr qaçmır, biri oyunçusunu boş buraxır. Belə-belə xətalar avtomatik komandaya təsir edir. Rəqibdə də hamısı təcrübəli, səviyyəli oyunçulardı, belə səhvləri bağışlamırlar. Öz kiçik səhvlərimizdən uduzduq.
- Səfərdə oynasanız da, pis təsir bağışlamırdınız. Qol epizodlarınız olurdu, hücum edirdiniz, rəqibdən çəkinmirdiniz. Bəs qol vurmağınıza nə maned oldu? Ustalıq səviyyəsi, təcrübəsizlik, yoxsa?
- Samir Əliyevin rəhbərliyi altında ancaq hücum futbolu oynayırıq. O, bizə qapalı futbol oynatmır. Baxımlı oyun oynamağa çalışırıq. Özü tələb edir ki, arxada oturub 0:1 uduzmaqdansa, hücum edin, özünüz də qol vuryb. Onda sən də qalib gələ bilərsən. Böyük ehtimalla qalib gəlmək olardı. "Qarabağ"la oyunda da qol epizodlarımız oldu, top qapı tirindən döndü. Yəqin ki, sin nöqtəni qoya bilmirik. Təcrübəsizlik, ancaq belə deyərdim.
- Səfərdə oynasaz da, hücumlar təşkil edirdiniz. Qol vurmaq üçün nə çatmırdı?
- Məşqlərdə çalışırıq. Samir müəllim məşqlərdə hücum futbolu oynamağı tələb edir. Baxımlı oyuna üstünlük veririk. Müdafiədə çox oynamırıq. "Qarabağ"la oyunda da yaxşı təsir bağışlamışdıq. Məncə, son anda təcrübəsizlik çatmır.
- Bu nəticəni ədalətli sayırsan?
- Məncə, ədalətlidir. Başqa nəsə danışmağa lüzum yoxdur.
- Oyuna istəkli başlamışdınız. Qol buraxdıqdan sonra həvəsdən düşdünüz.
- Ola bilər ki, bu, qıraqdan belə görsənsin. Bəlkə də elədi. Meydanın içində bunu hiss etmirəm. "Zieəy"lə matçda bundan da erkən qol buraxdıq. Ancaq həm öz aramızda danışanda bunu deyikrik, həm də baş məşqçimiz bizə tövsiyə edir ki, maiksimum sınmamaq, oyunu axıradık oynamaq lazımdı. Bu, futboldu. Azərbaycan çempionatında bütün komandalarla oynamaq olar. "Səbail"də gənc oyunçular varsa, legioner, yüksək səviyyəli əcnəbilər azdırsa, bu, o demək deyil ki, qoldan sonra dayanacağıq. Sınmaq söhbəti yoxdu. Nə gümüzü var, meydanda qoyuruq. Kim özünü saxlasın, sonadək oynamasın, belə şey yoxdu.
- Qolu son dəqiqələrdə vurdunuz. Daha erkən fərqlənsəydiniz, hesabı dəyişmək mümkün olardı?
- 2-ci qolu buraxdıqdan sonra, daha tez vursaydıq, rəqibə təzyiq edərdik. Bəlkə də səhv edərdilər. Əfsuslar olsun ki, 1:3 hesabı ilə yenilgi aldıq.
Mərdan Həsənov/ Qəbələ